525.Az

Ağsuda qaz təchizatında məhdudiyyətlər olacaq


 

Ağsuda qaz təchizatında məhdudiyyətlər olacaq<b style="color:red"></b>

Bu gün səhər saatlarından Ağsuda bir müddət əvvəl zəlzələdən sonra tikintisi başa çatdırılan evlərin qaz sayğaclarının qaz şəbəkəsinə birləşdirilməsi işlərinə başlanılacaq.

“Azəriqaz” İB-dən “APA-Economics”ə verilən məlumata görə, işlərin icrası üçün bəzi yerlərdə qaz təchizatının dayandırılmasına zərurət yaranıb. Ona görə də səhər saat 09:00-dan 19:00-dək Ağsu rayon mərkəzi və bir neçə kənddə qazın verilişində məhdudiyyətlər olacaq.

 





23.08.2019    çap et  çap et