525.Az

İran-Azərbaycan dəmir yolu xəttinin xəritəçəkmə prosesi başa çatıb


 

İran-Azərbaycan dəmir yolu xəttinin xəritəçəkmə prosesi başa çatıb<b style="color:red"></b>

Ərdəbil (iran)- Azərbaycan Respublikası dəmir yolu xəttinin xəritəçəkmə prosesi başa çatıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Ərdəbil əyalətinin başçısı Əkbər Behnamcu Parsabad şəhərində keçirilən iclasda çıxış edərkən deyib.

Ə.Behnamcunun sözlərinə görə, Ərdəbil – Azərbaycan Respublikası dəmir yolu xətti  sərhədlər arasında əlaqələrin inkişafı üçün böyük əhəmiyyət daşıyır:

“Dəmir yolu xəttinin xəritəçəkmə prosesi və layihələndirilməsi başa çatıb. Dəmir yolu xəttinin tikintisi Ərdəbil əyalətində kənd təsərrüfatı  və turizmin inkişafına böyük təkan verəcək”.

O, həmçinin, Azərbaycanla sərhəddə yerləşən Parsabad şəhərinin hava limanının yük daşımaları həyata keçirmək üçün inkişaf etdirilməsinin zərurətindən danışıb və bildirib ki, yaxın zamanlarda hava limanının yenidən qurulması üçün lazım olan vəsait ayrılacaq.

 

 





23.08.2019    çap et  çap et