525.Az

"Makron Braziliyadan şəxsi siyasi mənfəəti üçün istifadə etməyə çalışır"


 

"Makron Braziliyadan şəxsi siyasi mənfəəti üçün istifadə etməyə çalışır"<b style="color:red"></b>

“Təəssüf edirəm ki, Prezident Makron Braziliya və digər Amazoniya ölkələrinin daxili məsələlərini şəxsi siyasi mənfəəti üçün istifadə etməyə çalışır”.

APA-nın xəbərinə görə, bu sözləri Braziliya Prezidenti Jair Bolsonaro Fransa Prezidenti Emmanuel Makronun Amazon meşələrindəki yanğınla bağlı tvitinə cavab olaraq öz “Twitter” səhifəsində yazıb. 

J. Bolsonaro Fransa Prezidentini qalmaqallı çıxış etməkdə və saxta foto paylaşmaqda ittiham edib.

“Braziliya hökuməti obyektiv məlumatlara və qarşılıqlı hörmətə əsaslanan dialoqa açıqdır. Fransa Prezidentinin region ölkələrinin iştirakı olmadan Amazonla bağlı məsələləri "G7" sammitində müzakirəyə çıxarılması təklifi XXI əsrdə yersiz olan müstəmləkəçi düşüncəni xatırladır".

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Amazon meşəliklərini bürüyən yanğını beynəlxalq böhran adlandırıb.

O, "G7"-nin Biarritzdə keçiriləcək sammitində bu mövzunu təcili müzakirə etməyə çağırıb.

“Bizim evimiz yanır. Sözün əsl mənasında. Amazoniya - bizə 20% oksigen verən, planetimizin ağciyərləri yanır. Bu, beynəlxalq böhrandır. "G7" iştirakçıları, iki gündən sonra görüşək və bu fövqəladə vəziyyəti müzakirə edək”, - deyə E.Makron özünün “Twitter” səhifəsində yazıb.

Xatırladaq ki, meşələrin qırılması və meşə yanğınlarını monitorinq edən Braziliyanın Milli Fəza Araşdırmaları İnsitutu bu il Amazon tropik meşəsində 74000-dən çox yanğın qeydə alıb ki, bu, keçən ilin eyni mövsümündəki yanğınlarla müqayisədə 84% çoxdur.

 





23.08.2019    çap et  çap et