525.Az

Putin: "Rusiya beynəlxalq təhlükəsizliyi gücləndirmək üçün ABŞ-la dialoqa açıqdır"


 

Putin: "Rusiya beynəlxalq təhlükəsizliyi gücləndirmək üçün ABŞ-la dialoqa açıqdır"<b style="color:red"></b>

Rusiya “Orta və yaxınmənzilli raketlərin ləvği” müqaviləsində qadağan olunmuş silahların ABŞ tərəfindən istehsalına dair məlumatlara sahib idi.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Milli Təhlükəsizlik Şurasının üzvləri ilə görüşü zamanı bildirib.

"Əvvəllər də ABŞ-ın “Orta və yaxınmənzilli raketlərin ləvği” müqaviləsində qadağan edilmiş silahların istehsalı ilə məşğul olduğuna dair məlumat almışdıq. Bu barədə tərəfdaşlarımıza dəfələrlə məlumat vermişdik", - deyə, Rusiya prezidenti bildirib.

ABŞ-ın Asiya-Sakit okean regionunda yeni raket sistemlərini yerləşdirməsi ilə bağlı amerikalı siyasətçilərin səsləndirdiyi fikirlərə toxunan Vladimir Putin bunun Rusiyanın fundamental maraqlarına zidd olduğunu deyib. 

“Beynəlxalq təhlükəsizliyi gücləndirmək və etibarı bərpa etmək məqsədilə Rusiya hələ də ABŞ-la bərabərhüquqlu və konstruktiv dialoqa açıqdır ", - deyə, Rusiya prezidenti qeyd edib.

 





23.08.2019    çap et  çap et