525.Az

Türkiyədə Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə pulu buraxıldı


 

Türkiyədə Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə pulu buraxıldı <b style="color:red"></b>

Türkiyədə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə pulu buraxılıb.

Bu barədə APA-nın yerli bürosuna Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib.

Xəbərdə bildirlib ki, xatirə pulu Azərbaycanın Ankaradakı səfirliyinin təşəbbüsü ilə İmadəddin Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili”nə həsr olunub: “Xatirə pulunun ön üzündə İmaddədin Nəsiminin şəkli, “İmadeddin Nesiminin Doğumunun 650. Yılı” yazısı, arxa üzündə isə “Türkiye Cumhuriyeti 2,5 Lira” yazısı yer alıb”.

Qeyd edək ki, Prezident İlham Əliyevin 15 noyabr 2018-ci il tarixli “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi” və 11 yanvar 2019-cu il tarixli “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi” haqqında sərəncamlarından irəli gələn layihələrin icrasını təmin etmək məqsədilə Azərbaycanın Türkiyədəki Səfirliyinin Türkiyə Respublikası Zərbxanası ilə görüşü olub və İ.Nəsiminin adının əbədiləşdirilməsi məqsədi ilə xatirə pulunun buraxılması ilə bağlı razılıq əldə edilib.

 





23.08.2019    çap et  çap et