525.Az

Aktyorumuz beynəlxalq festivalda mükafatlandırıldı


 

Aktyorumuz beynəlxalq festivalda mükafatlandırıldı <b style="color:red"></b>

Rusiyanın Kineşma şəhərində keçirilən Birinci Beynəlxalq kamera teatrları formatında "Ostrovski-FEST" festivalının tamaşalarına dörd mindən çox tamaşaçı baxıb.

AZƏRTAC kineşemets.ru portalına istinadla xəbər verir ki, beş gün davam edən festivalda dünyanın yeddi ölkəsindən gəlmiş teatr kollektivləri 11 tamaşa təqdim ediblər.

Festivalın proqramına artıq beynəlxalq müsabiqələrdə mükafatlara layiq görülmüş ən yaxşı quruluşlarda səhnə əsərləri daxil edilib.

Festivalın yekunlarına dair səsvermənin nəticələrinə görə, tamaşaçı rəğbəti mükafatı Azərbaycanın və Kalmıkiyanın Əməkdar artisti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Şövqi Hüseynova verilib. O, bu mükafata "Kontrabas" tamaşasına və A.Ostrovski adına Kineşma Dram Teatrında "Məhəbbət məktubları" səhnə əsərinin quruluşuna görə layiq görülüb.

Festivalın bağlanış mərasimində Rusiyanın Xalq artisti Evgeni Knyazevin ifasında A.Puşkinin "Qaratoxmaq qadın" monotamaşası göstərilib.

 





25.08.2019    çap et  çap et