525.Az

"Türkologiya" jurnalı ABŞ-ın "EBSCO" məlumat bazasında


 

"Türkologiya" jurnalı ABŞ-ın "EBSCO" məlumat bazasında<b style="color:red"></b>

AMEA Rəyasət Heyətinin təsisçisi olduğu beynəlxalq "Türkologiya" jurnalı növbəti dəfə uğur qazanıb. Jurnal bu ilin avqust ayında ABŞ-ın nüfuzlu "EBSCO" beynəlxalq indeksləşdirmə təşkilatının bazasına daxil edilib.

Bunu jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov bildirib.

O deyib ki, "Türkologiya" jurnalının məqsədi türkologiya elminin tarixinə və aktual problemlərinə, türk xalqlarının dillərinə, ədəbi və mədəni zənginliklərinə, türk dillərinin müasir vəziyyətinə dair Azərbaycan, türk, rus və ingilis dillərində yazılmış məqalələri səhifələrində əks etdirməkdir.

Son illərdə "Türkologiya" jurnalı beynəlxalq elmi mərkəzlərlə əlaqələrini daha da gücləndirib. Bu da öz bəhrəsini verib.

"EBSCO" 57 mindən çox elektron jurnalı və 1,2 milyon çox elektron kitabı istifadəçilərinə təqdim etməklə yanaşı, 360 mindən artıq dövri nəşrə abunə xidməti təşkil edir. Bu, "Türkologiya" jurnalının ilk uğuru deyil.

Jurnal 2017-ci ildə ABŞ-ın MLA və SIS, Hollandiyanın SAJI, Türkiyənin TEI və SOBİAD, 2018-ci ildə isə Almaniyanın Cosmos Impact Factor beynəlxalq indeksləşdirmə biblioqrafiyasına daxil edilib.

Şahanə MÜŞFİQ

 





25.08.2019    çap et  çap et