525.Az

750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub


 

750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin icra etdiyi özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edənlər arasında üstünlük verilən kateqoriyalardan biri də məcburi köçkünlərdir.

Nazirlikdən verilən məlumata görə, cari ilin ötən dövründə özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən məcburi köçkünlərdən artıq 750-dək şəxs özünüməşğulluq fəaliyyətini və kiçik biznesini qurmaq üçün potensialları olduğu nəzərə alınmaqla bu proqrama cəlb edilib. Onlar üçün kiçik biznesin qurulması və idarəedilməsi üzrə təlim kursları təşkil olunub. Biznes-planları müsbət dəyərləndirilən şəxslərə kiçik ailə təsərrüfatlarını qurmaq üçün artıq aktivlər verilməsinə başlanıb.

Hazırda işsiz və işaxtaran şəxslərin özünüməşğulluq proqramına cəlb edilməsi işləri davam edir və bu işlər çərçivəsində ilin sonunadək proqrama cəlb olunacaq məcburi köçkünlərin sayı da artacaq.

CEYHUN

 





25.08.2019    çap et  çap et