525.Az

Xomeyninin tabutu niyə 3 dəfə yerə düşdü?


 

Xomeyninin tabutu niyə 3 dəfə yerə düşdü? <b style="color:red"></b>

Bu yaxınlarda İran İslam inqilabının banisi Ayətullah Seyid Ruhullah Musəvi Xomeyninin vəfatının 30-cu ildönümü qeyd etdi.

Xomeyninin 1979-cu ildə İranda həyata keçirdiyi inqilab, o zamanın mövcud siyasi prosesləri, dünyada siyasi proseslərin inkişaf və hərəkət istiqaməti və müsəlman ölkələrinin o vaxtkı vəziyyətini nəzərə alsaq, demək olar, XX əsrin əsl siyasi zəlzələsi hesab olunur.

Fotoşəkildə Ayətullah Seyid Ruhullah Musəvi Xomeyninin dəfn günü baş vermiş dəhşətli hadisə təsvir olunub.

Zaman 5 iyun 1989-cu il... Məkan Tehran şəhəri...82 yaşlı ayətullanın dəfn günü 10 milyon nəfər Tehrandakı vida mərasiminə yığışıb. 

Onun ölüm xəbəri İranda əsl xaosa səbəb olmuşdu.

İnsanlar tabuta hücum çəkdilər, kəfəni dartıb parçalamağa başladılar.

Hər kəs kəfəndən bir parça qoparmağa çalışırdı, çünki o kəfəni müqəddəsin büküldüyü parça sayırdılar.

Basabasda tabut üç dəfə aşırıldı, yerə düşdü, ayaqlandı.

Sonucda ayətulla Xomüyni dəmir tabutda Beheşti-Zəhra məzarlığında dəfn olundu.

İranda şah hakimiyyəti zamanında sürgünlərdə olan İmam Xomeyni 1979-cu ildə İslam İnqilabı nəticəsində şahın Tehranı tərk etməsindən sonra İrana qayıdıb və faktiki olaraq ölkənin liderinə çevrilib. Bununla belə, Tehranda yaşamaq istəməyərək, ömrünün sonunadək dövləti Qumdakı kiçik mənzilindən idarə edib. 1980-ci ildə infarkt keçirəndən sonra ailəsi ilə birlikdə Tehranın həndəvərpində yaşayırdı. Seyid Ruhulla Mustafavi Musəvi Xomeyni 1989-cu il iyunun 3-də Tehran şəhərində vəfat edib.

 





26.08.2019    çap et  çap et