525.Az

Hulusi Kılıç:"Türkiyəyə qayıtmaq çətin olacaq"


 

Hulusi Kılıç:"Türkiyəyə qayıtmaq çətin olacaq"<b style="color:red"></b>

“Azərbaycan mənim üçün ikinci vətəndir. Burdan ayrılmaq çətin olacaq. Mən Azərbaycanda öz ölkəmdəki kimi fəaliyyət göstərdim. İş həyatımın ən gözəl illəri məhz burda keçdi”.

525.az-ın məlumatına görə, bu sözləri dünən “The First” müsabiqəsində çıxış edərkən Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç deyib.

O, Azərbaycandakı dörd illik fəaliyyətindən sonra Türkiyəyə qayıtmağın çətin olacağını bildirib: “Tez-tez Azərbaycana gələcəm. Siz də Türkiyəyə gəlin”.

Xatırladaq ki, bu ilin aprel ayında Türkiyə prezidenti Abdullah Gül İsmayıl Alpər Coşqunun Azərbaycanda səfir təyin edilməsi barədə sərəncam imzalayıb.

 





11.10.2012    çap et  çap et