525.Az

Məşhur aktrisa Abdullah Gülə məktub yazdı


 

Məşhur aktrisa Abdullah Gülə məktub yazdı<b style="color:red"></b> Məşhur aktrisa Briqitte Bardot Türkiyə prezidenti Abdullah Gülə məktub ünvanlayıb.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aktrisa məktubda heyvanların yaşam tərzi, onların qorunması və s bu kimi mövzularla əlaqədar narahatlıq keçirdiyini qeyd edib. Bir müddət öncə Ankaraya gələn aktrisa itlərin sığınacaqlarını araşdıraraq kimsəsiz itlərə əhali tərəfindən göstərilən sevgidən təsirlənib. Bardot yaxın zamanlarda qəbul olunacaq 5199 saylı “Heyvanların Qoruma Qanun”da heyvanların qorunması onların təbii parklarda yerləşdirilməsi məsələlərində müəyyən problemlərin olduğunu ifadə edib:

“Təklif olunan layihədə təbii parkların necə istifadə olunacağı, itlərin necə bəslənəcəyi, necə qorunacağı və baytar xidmətinin necə təmin ediləcəyi ilə əlaqədar hər hansı bir şərh yoxdur”.

Bardat Gülə ünvanladığı məktubunda heyvanların istismarının qarşısını almaq və onların satışının təmin edilməsi üçün də zəruri addımların atılmasının vacibliyini qeyd edib:

“Heyvanlara qarşı atılacaq humanitar addımlar onların küçələrdən yığışmasına və daha gözəl şəraitdə saxlanılmasına səbəb olacaq”.

Nigar Məhərrəm
 





11.10.2012    çap et  çap et