525.Az

KİV: "Trampın qolf oyunu ABŞ-a 340 milyon dollara başa gəlib"


 

KİV: "Trampın qolf oyunu ABŞ-a 340 milyon dollara başa gəlib"<b style="color:red"></b>

ABŞ prezidenti Donald Trampın "ucuz" vərdişi - qolf oynaması ölkəyə 340 milyon dollara başa gəlir.

"Report" xəbər verir ki, bu barədə "The Esquire" yazır.

Nəşrin məlumatına görə, siyasətçi inaqurasiya anından qolf meydançasında 227 dəfə olub. Qeyd edilir ki, "Dorian" qasırğası ölkə sahillərinə yaxınlaşanda da dövlət başçısı öz hobbisiylə məşğul olub. Bu, vergiödəyiciyə 109 milyon dollara başa gəlib.

Nəşr vurğulayıb ki, Trampın ikinci müddətə prezident seçiləcəyi təqdirdə xərclər ölkəyə təxminən 340 milyon dollara başa gələ bilər. Daha əvvəl də bildirilirdi ki, Trampın qolf həvəsi ABŞ Prezidenti olduğu dövrdə dövlətə 100 milyon dollardan çox başa gəlib.

Hələ mayda prezidentin Florida ştatındakı Mar-a-Laqo kurortunda iqamətgahına və qolf klubuna gedib-gəlməsi üçün xalq 81 milyon dollar, ötən yay Nyu-Cersi ştatındakı Bedminster qolf klubuna tez-tez baş çəkməsinə 17 milyon dollar vəsait ödəyib.

Həmçinin ötən il dövlət başçısının Los-Ancelesdəki qolf klubuna gedib-gəlməsi 1 milyon dollara, Böyük Britaniyaya səfəri zamanı Şotlandiyadakı qolf klubunda istirahət etməsi də 3 milyon dollara başa gəlib.

 





06.09.2019    çap et  çap et