525.Az

Milli Kitabxanada "Hidayət Orucov-75" sərgisi


 

Milli Kitabxanada "Hidayət Orucov-75" sərgisi<b style="color:red"></b>

Sentyabrın 5-də Milli Kitabxanada şair, dramaturq, publisist, tərcüməçi, Əməkdar incəsənət xadimi, ictimai xadim Orucov Hidayət Xuduş oğlunun anadan olmasının 75 illiyi münasibətilə "Hidayət Orucov-75" adlı geniş kitab sərgisi açılıb.

Sərgidə müəllifin ədəbiyyat, incəsənət, kitab mədəniyyəti məsələləri, millətlərarası münasibətlər, din, milli mənəvi dəyərlərimiz, türk xalqlarının deportasiyası və soyqırımına həsr olunmuş Azərbaycan, rus və digər dillərdə nəşr olunan əsərləri, tərtib etdiyi, rəyçi olduğu, tərcümə etdiyi, redaktoru olduğu və haqqında yazılan kitablar və dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

 





08.09.2019    çap et  çap et