525.Az

Diş minasını bərpa edən gel


 

Diş minasını bərpa edən gel <b style="color:red"></b>

Çin alimləri kalsium fosfatın ən xırda hissəcikləri əsasında zədələnmiş diş minasını bərpa etməyə imkan verən xüsusi gel hazırlayıblar.

Trend-in məlumatına görə, diş minası insan orqanizmində ən bərk toxumadır. O, tərkibində böyük miqdarda kalsium və fosfor olan hidroksiapatit maddəsinin kristallarından ibarətdir. Hidroksiapatit qələvi mühitdə öz xüsusiyyətlərini qoruyub saxlayır, lakin turş mühitdə tez sıradan çıxır.

Normal vəziyyətdə insanın ağzında qələvi mühit olur, lakin qida qəbulundan sonra bakteriyalar onun qalıqlarını parçalayaraq müxtəlif turşular buraxır. Həmin turşular isə öz növbəsində diş minasını sıradan çıxararaq kariyesə səbəb olur.

Çin alimləri diş minasının sıradan çıxması problemini həll etmək üçün kalsium fosfat ionlarının yığılması əsasında gel hazırlayıblar.

Sözügedən gel insan dişlərinin zədələnmiş nümunələrində uğurla sınaqdan keçirilib. Mikrostrukturun araşdırılması nəticəsində məlum olub ki, yeni diş minası təbiidən bir az daha bərk alınıb.

 





09.09.2019    çap et  çap et