525.Az

Azərbaycan "Tokio 2020" Yay Paralimpiya Oyunlarına ikinci lisenziyanı qazanıb


 

Azərbaycan "Tokio 2020" Yay Paralimpiya Oyunlarına ikinci lisenziyanı qazanıb<b style="color:red"></b>

Azərbaycan para-üzgüçüsü Roman Saleh 2020-ci il Tokio Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

Milli Paralimpiya Komitəsindən "Report"a verilən məlumata görə, yığma üzvü Böyük Britaniyanın paytaxtı Londonda keçirilən dünya çempionatında 100 metr məsafəyə arxası üstə 1 dəqiqə 1 saniyəyə (1:01:00) üzərək, yarışı 2-ci yerdə tamamlayıb. O, ilk 2 yerdən birini tutduğu üçün "Tokio 2020"yə birbaşa vəsiqə əldə edib.

Şamil Şahov isə finala çıxmağı bacarsa da, sonda 8-ci yerlə kifayətlənməli olub.

Xatırladaq ki, bu Azərbaycan paralimpiyaçılarının "Tokio 2020"yə qazandığı ikinci lisenziyadır. İlk vəsiqəyə daha əvvəl para-pauerliftinq üzrə yığmanın üzvü Elşən Hüseynov sahib çıxıb.

 





10.09.2019    çap et  çap et