525.Az

Ramil Əhməd “İki şəhərin yazıları”nı imzaladı - Fotolar


 

Ramil Əhməd “İki şəhərin yazıları”nı imzaladı - <b style="color:red">Fotolar </b>

Sentyabrın 7-də Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Prezident təqaüdçüsü Ramil Əhmədin “İki şəhərin yazıları” adlı, esselərdən ibarət kitabının təqdimatı və imza mərasimi keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq, istedadlı gənc yazar Ramil Əhmədi təbrik edib və yaradıcılıq fəaliyyətində ona uğurlar arzulayıb. Kərim Tahirov həmçinin, Açıq Kitabxananın fəaliyyət göstərdiyi üç il ərzində gənclərin dostuna çevrildiyini, bu məkanda gənc yazarların tez-tez kitab təqdimatlarının baş tutduğunu qeyd edib. 

Təqdimatda AYB-nin üzvü, şair Kənan Hacı, filologiya elmləri doktoru, professor Aqşin Babayev, AYB-nin Tərcümə Mərkəzinin rəhbəri Səlim Babullaoğlu, şair Zahid Sarıtorpaq, ədəbiyyatşünas Ülvi Babasoy və digərləri iştirak edib, öz ürək sözlərini gənc yazara bildiriblər.

Ramil Əhməd kitabın işıq üzü görməsində əməyi keçən hər kəsə - Rəşad Məcidə, Ülvi Babasoya, Teymur Fərziyevə və başqalarına öz təşəkkürünü bildirib.

Tədbirin sonunda şair Kənan Hacı gənclərə yaradılan şəraitə və tədbirin təşkilinə görə Milli Kitabxananın rəhbərliyinə təşəkkürünü bildirib. Yekun olaraq imza mərasimi keçirilib.

 





10.09.2019    çap et  çap et