525.Az

Türkiyə istehsalı olan döyüş helikopterləri "TurAz Qartalı" təlimlərində


 

Türkiyə istehsalı olan döyüş helikopterləri "TurAz Qartalı" təlimlərində <b style="color:red"></b>

"TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimlərinin gedişi və şərti hərbi tapşırıqların icrasını müsbət dəyərləndirirəm.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Hərbi Hava Qüvvələrinin baş şturmanı polkovnik Faiq Əliyev bildirib.

Onun sözlərinə görə, sentyabrın 2-dən etibarən Azərbaycan və Türkiyə Respublikalarının Hərbi Hava, Quru Qoşunları və Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə başlayan təlimlər bu günədək yaxşı nəticələri verib:

“Bu gün Yevlax hava limanından uçuş edən F-16 təyyarələri Azərbaycan Respublikasının hava məkanında bəlli bir nöqtədə digər mövqelərdən havalanmış MiQ-29 və Su-35 təyyarələri ilə görüşərək taktiki döyüş təlimlərini uğurla yerinə yetirib. F-16-lar Azərbaycan hava məkanında artıq 3-cü ildir ki təlim keçir. Təlimlər zamanı hər hansı sıxıntı yaşanmayıb”.

F.Əliyev həmçinin qeyd edib ki, təlimlərə Türkiyə istehsalı olan döyüş helikopterləri də qatılıb:

“Növbəti TurAZ Qartalı” təlimləri qardaş ölkədə keçiriləcək.”

Qeyd edək ki, birgə taktiki-uçuş təlimləri sentyabrın 16-da başa çatacaq.

 





10.09.2019    çap et  çap et