525.Az

Toni Bleyr: “Conson üçün çıxış yolu yeni referendumdur”


 

Toni Bleyr: “Conson üçün çıxış yolu yeni referendumdur”<b style="color:red"></b>

“Avropa İttifaqından (Aİ) anlaşmasız ayrılmaq ya da Aİ-də qalmaqla bağlı yeni bir referendum keçirmək Boris Conson üçün daha yaxşı bir çıxış yolu olardı”.

APA-nın London bürosunun “Huffington Post”a istinadən verdiyi xəbərə görə, bu sözləri Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyr Kings deyib.

O bildirib ki, Boris Conson üçün uduzacağı seçki keçirməkdənsə, “Brexit”lə bağlı yeni bir referendum keçirmək daha ağıllı addımdır.

“Əgər hökumət anlaşmasız Aİ-dən ayrılmağı təşviq edirsə, geriyə dönüb baxın, xalqa bunu həqiqətən istəyib-istəmədiyini soruşun”, - T. Bleyr deyib.

 





10.09.2019    çap et  çap et