525.Az

AVRO-2020 ilə bağlı Şamaxıda yay düşərgəsi təşkil olunacaq


 

AVRO-2020 ilə bağlı Şamaxıda yay düşərgəsi təşkil olunacaq<b style="color:red"></b>

Sentyabrın 11-dən 13-dək Şamaxı şəhərində AVRO-2020-nin Bakı könüllülük proqramı çərçivəsində yay düşərgəsi təşkil olunacaq.

"Report" xəbər verir ki, 200 könüllünün qatılacağı düşərgədə təşkilatçılar tərəfindən xüsusi proqram hazırlanıb.

Düşərgə zamanı təlimlərin, seminarların, qonaqlarla görüşlərin keçirilməsi, eləcə də idman və intellektual yarışların təşkili nəzərdə tutulur.

Düşərgə iştirakçıları xüsusi kriteriyalara əsasən seçiliblər. Burada məhz AVRO-2020 könüllülük proqramı üçün qeydiyyatdan keçən, eyni zamanda UEFA Avropa Liqasının Bakıda keçirilmiş final oyununda çalışmış və finalın müsahibə mərhələsində daha yüksək qiymətləndirmə alan könüllülər iştirak hüququ qazanıblar.

Düşərgənin təşkil olunmasında məqsəd könüllülər arasında əlaqənin möhkəmləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili, əldə olunan uğurlar və gələcək tədbirlərin əhəmiyyəti barəsində dialoqların aparılmasıdır.

 





10.09.2019    çap et  çap et