525.Az

Əli Kərimlinin siyasi partiyalarla bağlı tədbirə çağırılmamasının səbəbi açıqlandı


 

Əli Kərimlinin siyasi partiyalarla bağlı tədbirə çağırılmamasının səbəbi açıqlandı <b style="color:red"></b>

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bu gün “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda keçirilən dəyirmi masaya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin dəvət edilməməsinin səbəbini açıqlayıb.

APA-nın xəbərinə görə, F. Ağamalı jurnalistlərə açıqlamasında bildirib ki, Əli Kərimli özünü siyasi mühacir müxalifəti adlandıranların yanında yer aldığı üçün tədbirə dəvət edilməyib.

“Baxın, mühacirlər ayrı-ayrı şəxsləri təhqir edirlər. Əli Kərimlinin maliyyələşdirdiyi şəxslər də həmin prosesi davam etdirirlər. Bu söyüşlər təkcə iqtidara qarşı deyil. Əli Kərimlinin dəstəsi Müsavat, REAL və digər partiyalara da cəbhə açıb. Hansı partiya istəyir ki, müxalifətdə fəallaşsın, Əli Kərimlinin dəstəsi onu mənəvi terrora, təhqirə məruz qoyur. Bu şəxslərlə Avropadakı söyüş söyənlərin bağlılığı varmı? Mənə elə gəlir ki, var. Ona görə də, mənəviyyatıma sığışdırıb o cür insanı tədbirə dəvət etmədim. Tədbirin təşkilatçısı kimi Əli Kərimlini tədbirə dəvət etməməyə hüququm çatır”, - F. Ağamalı vurğulayıb.

 





11.09.2019    çap et  çap et