525.Az

Makron və Ruhani arasında telefon danışığı


 

Makron və Ruhani arasında telefon danışığı <b style="color:red"></b>

Bu gün İran və Fransa prezidentləri Həsən Ruhani və Emmanuel Makron Tehranın nüvə sazişi öhdəliklərinin azaldılmasının üçüncü mərhələsindən sonra ilk telefon danışığını keçiriblər.

Trend-in məlumatına görə, bu barədə İran prezidentinin saytında yayıldığı məlumatda bildirilir.

Ruhani Makrona nüvə sazişinin icrası ilə bağlı Avropa ilə yekun razılaşmaların əldə edildiyi halda İranın nüvə proqramı ilə bağlı sazişin müddəalarının icrasına qayıtmağa hazır olduğunu bəyan edib.

Öz növbəsində Fransa prezidenti Parisin işlərini bu istiqamətdə davam etdirdiyini deyib.

 





12.09.2019    çap et  çap et