525.Az

Tramp: "ABŞ İranda hakimiyyət dəyişikliyini istəmir"


 

Tramp: "ABŞ İranda hakimiyyət dəyişikliyini istəmir"<b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp ABŞ-ın İranda hakimiyyət dəyişikliyini istəmədiyini və Tehranla razılaşma imzalayacağını gözlədiyini söyləyıb.

Trend-in məlumatına görə, bunu ABŞ prezidenti jurnalistlərə Ağ evin Oval kabinetində deyib.

D.Tramp bildirib: "Rejim dəyişikliyini axtarmırıq. Bir razılıq əldə edə biləcəyimizi düşünürük, amma bunu da etmədiyimiz təqdirdə pis olmayacağını düşünürük".

Qeyd edək ki, öncə ABŞ dövlət katibi Mayk Pompeo Tramp İran rəhbərliyi ilə ilkin şərtlər olmadan ünsiyyət qurmağa hazır olduğunu bildirmişdi.

 





12.09.2019    çap et  çap et