525.Az

Parlamentdə komitə iclası keçirildi


 

DAHA İKİ KOMİTƏ İCLASI DA KEÇİRİLƏCƏK

Parlamentdə komitə iclası keçirildi<b style="color:red"></b>

Milli Məclisin (MM) qarşıdan gələn 2019-ci il payız sessiyası ilə bağlı bu sessiya çərçivəsində parlamentin daha 3 komitəsinin ilk iclası keçiriləcək.

Bunlar MM-in Mədəniyyət, İnsan hüquqları, Elm və təhsil komitələridir. Qeyd edək ki,  artıq MM-in İnsan hüquqları komitəsinin ilk iclası dünən - sentyabrın 13-də keçirilib. İclasda komitənin 2019-cu ilin yaz və növbədənkənar sessiyalarında gördüyü işlərlə bağlı hesabatı, həmçinin, qarşıdan gələn payız sessiyası ilə əlaqədar  qanunvericilik işləri planı müzakirə olunub və təsdiqlənib. İclasda bununla yanaşı,  "Məişət zorakılığının qarşısının alınması haqqında", "Sosial xidmət haqqında", "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında", "Peşə təhsili haqqında" qanunlarda dəyişiklik layihələri müzakirə edilib və payız sessiyasının ilk plenar iclasının gündəliyinə tövsiyə olunub. Komitə üzvləri adıçəkilən qanun layihələrinin vacib və əhəmiyyətli olduğunu vurğulayıblar. Bildiriblər ki, bunlar sözügedən sahələr və məsələlər üzrə ölkənin qanunvericilik bazasının təkmillləşdirilməsində də mühüm rol oynayacaqlar.

Eyni zamanda, gələn həftə, sentyabrın 17-də bir gündə daha iki komitənin -  akademik Rafael Hüseynovun rəhbərlik etdiyi Mədəniyyət komitəsinin və akademik İsa Həbibbəylinin sədr olduğu Elm və təhsil komitəsinin ilk iclası keçiriləcək. Hər iki iclasda yenə adıçəkilən komitələrin 2019-cu ilin yaz və növbədənkənar sessiyalarında gördüyü işlərlə bağlı hesabatları, həmçinin, qarşıdan gələn payız sessiyası ilə əlaqədar  qanunvericilik işləri plan(lar)ı müzakirə olunacaq və təsdiqlənəcək. Mədəniyyət komitəsinin iclasında həmçinin, "Muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında", "Aşıq sənəti haqqında", "Kinematoqrafiya haqqında" və sair yeni qanun layihələri ətrafında müzakirələrin açılması gözlənilir. Xatırladaq ki, adıçəkilən komitənin sədri R.Hüseynov dəfələrlə mətbuata verdiyi açıqlamalarında "Muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanun layihəsinin müzakirələrə artıq tam hazır olduğunu vurğulayıb.

Elm və təhsil komitəsinin iclasında isə İ.Həbbibəylinin özünün rəhbəri olduğu İşçi Qrupu tərəfindən hazırlanan "Ali təhsil haqqında" yeni qanun layihəsi, o cümlədən, təhsil kreditləri ilə bağlı  hazırlanması nəzərdə tutulan qanun layihəsi və digər məsələlər ətrafında diskussiyaların aparılması gözlənilir.

Kamil HƏMZƏOĞLU

 





15.09.2019    çap et  çap et