525.Az

KİV: "Vaşinqton Səudiyyə Ərəbistanındakı hücumlara hərbi cavabı müzakirə edir"


 

KİV: "Vaşinqton Səudiyyə Ərəbistanındakı hücumlara hərbi cavabı müzakirə edir"<b style="color:red"></b>

ABŞ hökuməti “Saudi Aramco” neft şirkətinə edilmiş hücumlara qarşı cavab tədbirlərinin mümkünlüyünü müzakirə edir.

APA “Washington Post”a istinadən xəbər verir ki, prezident Donald Tramp Vaşinqtonun tam döyüş hazırlığı vəziyyətinə gəlməsi barədə göstəriş verib.

“Tramp administrasiyası onun nümayəndələrinin cavab tədbirlərini necə xarakterizə etdiyini düşünür, bununla belə, Pentaqondakı bəzi şəxslər təmkinli olmağa çağırıb”, - deyə, agentlik məxfi mənbəyə istinadla yazıb.

Nəşr bildirir ki, Tramp müdafiə naziri Mark Esperlə görüşüb, lakin danışıqların təfərrüatları açıqlanmır.

 





16.09.2019    çap et  çap et