525.Az

"Ruhaninin Nyu-Yorka səfəri zamanı Trampla görüşü gündəmdə deyil"


 

"Ruhaninin Nyu-Yorka səfəri zamanı Trampla görüşü gündəmdə deyil"<b style="color:red"></b>

"İran Prezidenti Həsən Ruhaninin Nyu-Yorka səfəri zamanı ABŞ Prezidenti  Donald Trampla görüşü gündəmdə deyil".

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Mən bu görüşü təsdiqləmirəm. Belə bir görüş bizim gündəliyimizdə yoxdur və Nyu-Yorkda belə bir görüşün baş tutacağını düşünmürəm. Görüşün gündəliyi və hiss olunacaq dərəcədə nəticəsi olmalıdır”.

A.Musəvinin sözlərinə görə, əgər ABŞ Hərtərəfli Bİrgə Fəaliyyət Planına qayıdarsa, İran əleyhinə iqtisadi terrordan əl çəkərsə, müştərək komissiyaya qayıdıb sözlərini deyə bilərlər.

Kanadanın İrana məxsus mal varlığını müsadirə etməsinə də münasibət bildirən A.Musəvi deyib ki, bu addım beynəlxalq qanunlara ziddir, İran öz hüquqlarını müdafiə etmə haqqına sahibdir və bunula bağlı lazimi addımlar atılacaq.

İran və Avropa ölkələri arasında münasibətlərdən danışan XİN sözçüsü bildirib ki, İran avropalıların öhdəliklərini icra edəcəyinə bel bağlamayıb:

“Ümid həmişə var, lakin biz onların öz öhdəliklərini icra edəcəklərinə bel bağlamamışıq. Ötən 16 ayın təcrübəsi göstərir ki, ümid bəsləmək də əbəsdir  lakin biz diplomatiya pəncərəsini həmişə açıq saxlamışıq”.

 

 





16.09.2019    çap et  çap et