525.Az

AMEA işçilərinə "Qbaqcıl təhsil işçisi" döş nişanı təqdim olundu


 

AMEA işçilərinə "Qbaqcıl təhsil işçisi" döş nişanı təqdim olundu<b style="color:red"></b>

Sentyabrın 16-da AMEA-nın Rəyasət Heyətində Bilik Günü münasibətilə tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuş şəxslərə nişanları təqdim olunub.

AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil Baş İdarəsinin Doktorantura şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov, Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdirləri Almaz Tağıyeva, Nizami Mürsəlov və həmin institutun böyük elmi işçisi Məhyəddin İskəndərov, İdarəetmə Sistemləri İnstitutunun Təhsil şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Sevinc Quliyeva, İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin müdiri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova, Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Quliyeva və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Rüstəmovaya döş nişanları təqdim edilib.

 





16.09.2019    çap et  çap et