525.Az

Yeni dərs ilinin ilk günü məktəbin tavanı çökdü


 

Yeni dərs ilinin ilk günü məktəbin tavanı çökdü<b style="color:red"></b>

Goranboyda yeni dərs ilinin ilk günü məktəbin tavanı çöküb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə bir qədər əvvəl rayonun Boluslu kənd orta məktəbində qeydə alınıb.

Dərs vaxtı məktəbin tavanı çöküb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Şagirdlər təhlükəsiz əraziyə çıxarılıb.

Yerli sakinlərin dediyinə görə, 1967-ci ildə istifadəyə verilən məktəb qəzalı vəziyyətdədir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Boluslu Kənd orta məktəbində 232 şagird təhsil alır.

 





16.09.2019    çap et  çap et