525.Az

"Bakıda 100-ə yaxın piyada keçidinin inşası planlaşdırılır"


 

"Bakıda 100-ə yaxın piyada keçidinin inşası planlaşdırılır"<b style="color:red"></b>

Bakı şəhərində inşası aparılan yerüstü piyada keçidlərinin tikintisi bu ilin sonuna kimi yekunlaşacaq.

Bunu APA-ya açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, paytaxtda daha 100-ə yaxın yerdə yeni piyada keçidlərinin inşası planlaşdırılır:

“Apardığımız araşdırmalar nəticəsində piyada keçidlərinin labüd olduğu 100-ə yaxın yer müəyyənləşib. Həmin keçidlərinin də inşasına mərhələli şəkildə başlayacaq. Biz bunun üçün adiyyatı qurumlara müraciət etmişik. Maliyyə məsələsi həll olunandan sonra işlərə start veriləcək”.

Qeyd edək ki, 2016-2019-cu illərdə paytaxtda 19-u yerüstü, 3-ü yeraltı olmaqla 21 piyada keçidi istifadəyə verilib.

 





16.09.2019    çap et  çap et