525.Az

Türkiyə və Azərbaycanın sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasına hazırlıq gedir


 

Türkiyə və Azərbaycanın sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasına hazırlıq gedir<b style="color:red"></b>

“Türkiyə və Azərbaycan arasında müvafiq qurumlar tərəfindən ikitərəfli iqtisadi və ticari əlaqələri gücləndirəcək anlaşma layihələrinin qısa müddətdə yekun varianta gətirilməsi önəmlidir”.

APA-nın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin Vitse-prezidenti Fuat Oktay Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

F. Oktay Türkiyə tərəfindən həmin anlaşmaların ölkə daxilində təsdiqlənməsi prosesini diqqətdə saxlayacağını söyləyib:

“Azərbaycan tərəfində də Ali təhsil sahəsində əməkdaşlıq Protokolu və sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasına dair anlaşmanın ölkə daxilində təsdiqlənməsi prosedurunun ən qısa müddətdə tamamlanacağına inanıram”.

 





16.09.2019    çap et  çap et