525.Az

“Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlanacaq


 

“Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlanacaq<b style="color:red"></b>

Milli Məclisin payız sessiyasında “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlanacaq.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitənin sədri İsa Həbibbəyli bildirib.

İ. Həbibbəlyi deyib ki, bu, günün ən aktual məsələlərindən biridir.

Onun sözlərinə görə, Təhsil Nazirliyi də bununla bağlı Nazirlər Kabinetinə müvafiq təkliflər təqdim edib:

“Nazirlik və digər müvafiq qurumlarla birlikdə belə bir qanun layihəsinin hazırlanmasını gündəmə gətirəcəyik”.

 





17.09.2019    çap et  çap et