525.Az

Bu il 1-ci sinif üçün riyaziyyat dərslikləri iki hissədən ibarət hazırlanıb


 

Bu il 1-ci sinif üçün riyaziyyat dərslikləri iki hissədən ibarət hazırlanıb<b style="color:red"></b>

“Uşaqlar üçün dərs kitablarının ağır olması probleminin aktuallığını nəzərə alan Təhsil Nazirliyi artıq bu istiqamətdə addımlar atır”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitənin sədri İsa Həbibbəyli bildirib.

İ. Həbibbəyli deyib ki, bu il 1-ci sinif üçün riyaziyyat dərslikləri iki hissədən ibarət hazırlanıb. Bu dərsliyin birinci hissəsi tədris ilinin birinci yarısında, ikinci hissəsi tədris ilinin ikinci yarısında tədris olunacaq. Komitə sədri bu istiqamətdə addımların atılmasının davam edəcəyini söyləyib.

 





17.09.2019    çap et  çap et