525.Az

İlin sonunadək Türkiyə ilə e-imzaların qarşılıqlı tanınması təmin olunacaq


 

İlin sonunadək Türkiyə ilə e-imzaların qarşılıqlı tanınması təmin olunacaq<b style="color:red"></b>

Bu ilin sonunadək Azərbaycan və Türkiyə arasında elektron imzaların (e-imza) qarşılıqlı tanınması təmin olunacağı gözlənilir.

Bunu "APA-Economics"ə Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Nazir müavininin sözlərinə görə, bu istiqamətdə layihənin son elementləri işlənilir.

"Görülən işlərin nəticəsi olaraq düşünürük ki, bu layihəni Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan ölkələrdə də genişləndirək. Qeyd edim ki, Şuraya Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan daxildir", - deyə E. Vəlizadə bildirib.

Nazir müavini əlavə edib ki, paralel olaraq elektron imzanın qarşılıqlı tanınmasına dair danışıqlar Belarus və Ukrayna ilə də aparılır.

 





17.09.2019    çap et  çap et