525.Az

Parlamentin komitə sədri: "Məktəblərin təmir və tikintisi mərhələsi başa çatır"


 

Parlamentin komitə sədri: "Məktəblərin təmir və tikintisi mərhələsi başa çatır"<b style="color:red"></b>

“Azərbaycanda 2500-ə yaxın məktəb tikilib, əsaslı təmir olunub. Hazırda Azərbaycanda 3 200 məktəb fəaliyyət göstərir. Hər il 250-dən çox məktəb ya tikilir, ya da əsaslı şəkildə təmir edilir”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, Azərbaycanda məktəb tikintisinin və ya təmirinin birinci mərhələsinin başa çatmasına 2-3 il vaxt qalıb:

“Bununla da biz 3 200 məktəbin hamısında ilkin pillənin dərəcələrini yerinə yetirmiş olacağıq. Bu, böyük nailiyyətdir. Ölkədə 500-600 məktəb qalıb ki, onların da təmiri növbəti illərdə başa çatdırılacaq”.

 





17.09.2019    çap et  çap et