525.Az

Bakı metrosunda Milli Musiqi Günü qeyd olunacaq


 

Bakı metrosunda Milli Musiqi Günü qeyd olunacaq<b style="color:red"></b>

"Bakı Metropoliteni" QSC hər il olduğu kimi bu il də 18 Sentyabr – Milli Musiqi Gününü xüsusi layihə ilə qeyd edəcək.

Qurumdan "Report"a verilən məlumata görə, sabah sərnişin axını daha çox olduğu 4 stansiyanın vestibülündə konsert proqramları təşkil olunacaq.

Proqrama milli və klassik musiqi nümunələri daxil olacaq. Canlı musiqi aşağıda göstərilən saatlarda səsləndiriləcək:

- “İçərişəhər” stansiyası – saat 11:00-12:30;

- “Sahil” stansiyası – saat 12:00-13:30;

- “28 May” stansiyası – saat 13:00-14:30;

- “Xətai” stansiyası – saat 14:00-15:30.

 





17.09.2019    çap et  çap et