525.Az

Ermənistan hakimiyyəti böhran astanasında: istefaların davamı qaçılmazdır


 

Ermənistan hakimiyyəti böhran astanasında: <b style="color:red">istefaların davamı qaçılmazdır </b>

Ermənistanda proqnozlaşdırılan hökumət böhranı artıq özünü göstərməkdədir. Nikol Paşinyan ötən ilin mayında baş nazir postuna yiyələnəndən sonra əksər ekspertlər, politoloqlar onun hakimiyyətinin müvəqqəti olacağı proqnozunu irəli sürürdülər.

Bu günün mənzərəsi bütün sahələrdə ölkəni bürüyən böhran, hökümətdə, hakim  parlament fraksiyasında ciddi fikir ayrılıqlarının olmasından ibarətdir. İş o yerə çatıb ki, Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım" fraksiyasının bir neçə deputatı istefa verib. Erməni mətbuatı istefaların səbəbi kimi məhz parlamentin öz funksiyasını lazımınca yerinə yetirməməsi, idarəçilikdəki qüsurları göstərib.

Paşinyan hakimiyyətə gələndən ölkədə iqtisadi böhran daha da dərinləşib, əhalinin sosial vəziyyəti ağırlaşıb, bahalaşma, iş yerlərinin ixtisarı, maaşların, pensiyaların vaxtlı-vaxtında verilməməsi özünü göstərib. Başqa sözlə, əvvəlki hakimiyyətlərin dövründən qalan problemləri Paşinyan nəinki həll etməyə cəhd göstərib, əksinə, onları daha da "möhkəmləndirib". Bu gün artıq Paşinyanın sonunun çatdığını təkcə erməni ekspertlər deyil, xarici politoloqlar da etiraf edirlər. Çünki bütün proses buna aparır. Paşinyanın apardığı siyasət Ermənistanın beynəlxalq əlaqələrinə də ciddi zərbə vurub. Onun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı provakativ xarakterli bəyanatları, status-kvonun saxlanılmasına yönəlik cəhdləri, Ermənistanın yaxın müttəfiqi olan Rusiya ilə münasibətləri pisləşdirməsi, Avropa İttifaqı ilə əlaqələrin inkişafında heç bir addım ata bilməməsi və s. deyilənlərin sübutudur.

Paşinyana daha bir zərbə isə Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanesyanın istefası oldu. İstefadan bir neçə gün əvvəl "Qraparak" nəşrində gedən yazıda  hökumət mənbələrinə istinadən bildirilirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyanla işləmək çətindir, o əsəbidir, dəngəsizdir, özündən tez çıxır, adamı təhqir edə bilər. 

Nəşr Artur Vanesyan işdən azad olunmaq barədə istefa ərizəsi yazdığını, lakin Nikol Paşinyanın çağırışından sonra işini davam etdirməyə razılıq verdiyini də əlavə edib: "Bu məlumatı dövlətin uyğun qurumları təkzib etdi. Ermənistan kiçik dövlətdir və bir qayda olaraq, belə informasiya həqiqətəuyğun olur. Artur Vanesyanın istefası məsələsini araşdırarkən öyrəndik ki, təkcə o deyil, hökumətin az qala bütün üzvləri işdən öz istəkləri ilə azad olunmalarına dair ərizə yazıblar. Belə ərizələri ya Nikol Paşinyan, ya da müraciət edənlər özləri cırırlar. Belə ərizələri baş nazirin müavinləri, nazirlər və şəhər valiləri yazıblar. Məsələ Nikol Paşinyanla işləməyin asan olmamasındadır. O, özündən tez çıxır, əsəbləşəndə adamı təhqir edə və "ərizəni yaz" deyə bilər. Sakitləşəndən sonra bəzən etdiyi hərəkətə görə təəssüflənir. Ancaq kabinet işçiləri belə davranışa dözmür. İşi buraxıb getməyə cəhd göstərirlər".

Göründüyü kimi, erməni mətbuatı da yaxınlaşan hökumət böhranı haqqında yazır. Paşinyanın kabinetinin digər üzvlərinin də yaxın günlərdə istefasının şahidi olacağımıza isə heç bir şübhə yoxdur. Vanesyan Paşinyanın apardığı siyasətlə razılaşmadığını gizlətmir. Digər tərəfdən, ötən il internetdə Vanesyanla Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan arasında telefon danışığının səs yazısının yayılmasını da xatırlatmaq yerinə düşər. 8 dəqiqədən artıq söhbət zamanı sabiq prezident Robert Koçaryanın həbs olunmasını, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi Yuri Xaçaturov və ölkənin keçmiş müdafiə naziri Mikael Arutyunyana qarşı başlayan cinayət işlərini müzakirə etmişdilər. Bu məsələdə Paşinyanın onlara təzyiq göstərməsi də məlum olmuşdu. Qeyd edilən səs yazısı uzun müddət Ermənistanda gündəmin müzakirə mövzusu oldu.

Vanesyanın istefası istənilən mənada Paşinyan üçün bir zərbədir. Çünki o, yüksək səviyyəli məmur olmaqla yanaşı, həm də mühüm məlumatlara malik şəxslərdən biridir.

Erməni ictimai xadimi, "Milli Gündəm" partiyasının həmtəsisçisi Avetik Çalabyan Vanesyanın istefasını şərh edib. O bildirib: "Bizim "Məxməri padşahımızın" çılpaq olması keçən ilin ortalarından bəlli idi. Bu çılpaqlığın gec-tez hər kəsə bəlli olacağı şübhə doğurmur. Çoxları "Məxməri padşah"ın əvvəlki rejimi devirdikdən sonra bütün günahkarları istisnasız cəzalandıracağına, oğurlanan bütün pulları geri qaytaracağına və nəhayət, əbədi bir səltənət qurmaq üçün son ümid kimi qəbul edirdilər. Bütün bu ibtidai utopiyanın Corc Oruella və Ayn Rendın kitablarında ətraflı təsvir olunmasına bir çoxlarına əhəmiyyət vermədi (çoxları bu kitabları oxumamış ola bilər, hətta onları unutmuş insanlar da ola bilər).

Dünyanın bir çox ölkələri bunlardan keçib və eyni acı nəticələrə gəliblər. Bütün bunların faciəli sonu ola biləcəyini, daha çox insanın özlərindən uzaqlaşmağa çalışdıqlarını, bunun necə yaxşı başlandığını necə başa vura biləcəyini deyirlər. İnsanlar öz xəyallarına dalıb, reallıqları görməməyə hazırdırlar ki, bu da təəssüf ki, müasir dünyada paradoksal reallıqdır. Bu, kollektiv qarışıqlıq bu dəfə "kiçik bir oğlanı deyil" hakimiyyətin əsas simalarından olan Vanesyanı sıradan çıxardı.  O, nəinki söylədi "padşah çılpaqdır", həmçinin dedi ki, bu "çılpaq" özündənrazı, özünəvurğun padşah ölkəmizi düzgün olmayan istiqamətə apardığı üçün onun yanında ola bilməyəcək. Belə sərt "boşanmanı" müxtəlif cür qiymətləndirmək olar, burada xarici bir iz (bəlkə də var) və ya siyasi ambisiyalar görmək mümkündür. Ancaq açıq bir həqiqət budur ki, "məxmər"i hakimiyyətin mətbəxindən imtina etmiş erməni kadrlı zabiti sonunda bu hakimiyyətin bütün "çılpaqlığını", onun səthiliyini, inadkarlığını, uyğunsuzluğu, onun qaçılmaz süqutuna səbəb olabiləcək xarici təsiri gördü. Və gələcək fəaliyyət azadlığını təmin etmək üçün bu mərhələdə "əllərini yumaq" qərarına gəldi".

Vanesyanın istefasından sonra isə indi çoxlarını bu sual düşündürür: "Sonra nə baş verəcək?" Nəyin baş verəcəyi isə yaxın zamanlarda özünü göstərəcək.

PƏRVANƏ

 





18.09.2019    çap et  çap et