525.Az

14 nömrəli tam orta məktəbdə "Bilik günü"


 

14 nömrəli tam orta məktəbdə "Bilik günü" <b style="color:red"></b>

Bakı Şəhəri 14 nömrəli tam orta məktəbdə "Bilik günü" nə həsr olunan tədbir keçirilib. Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlanılıb.

Yeni tədris ilinin başlanması münasibətilə şagird, müəllim və valideynləri təbrik edən məktəbin direktoru Hürzad Verdizadə  yeni dərs ilində hər kəsə uğurlar arzu edərək, ölkədə təhsilə verilən diqqət və qayğıdan söz açıb.

Direktor bildirib ki, ölkədə təhsilin inkişafına dövlət tərəfindən xüsusi diqqət göstərilir:

"Müstəqillik illərində Azərbaycan təhsilinin Avropa təhsil məkanına inteqrasiyası istiqamətində əhəmiyyətli addımlar atılıb. Ölkəmizdə təhsil islahatının uğurla aparılmasını təmin edən mükəmməl normativ-hüquqi bazanın yaradılması, müxtəlif dövlət proqramları və layihələrin gerçəkləşdirilməsi, Azərbaycan Prezidentinin sərəncamlarına əsasən yeni mahiyyət və məzmun daşıyan zəruri sənədlərin qəbul edilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni məktəb binalarının tikilməsi, köhnə məktəblərin əsaslı təmir olunması sahəsində görülən işlər təhsilin səviyyəsinin yüksəlməsinə müsbət təsir güstərir. Bu gün hər bir azərbaycanlı aydın hiss edir ki, milli təhsilimiz günü-gündən yeniləşir. Bu yenilik təhsil sistemimizin bütün pillələrində özünü göstərir, ümumtəhsil məktəblərində daha aydın hiss olunur.

Ötən dərs ilində ölkənin təhsil sistemində aparılan sistemli iş, məqsədyönlü fəaliyyət gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, qloballaşan dünyada ölkəmizi layiqincə təmsil etməyə qadir vətəndaş yetişdirilməsinə öz layiqli töhfəsini verib. Prezident İlham Əliyevin təhsillə bağlı imzaladığı mühüm sərəncamların ardıcıl icrası ilə əlaqədar görülən tədbirlərin müsbət bəhrəsi ildən-ilə artır. Ulu öndər Heydər Əliyevin məktəb tikintisi, təhsilin maddi-texnikibazasının möhkəmləndirilməsi siyasətini dövlət başçısı İlham Əliyev əzmkarlıqla davam etdirir. Məktəb, körpələr evi tikintisi sahəsində Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətlərini xüsusilə qeyd etmək lazımdır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə inşa və təmir edilən tədris müəssisələrində bu gün yüz minlərlə şagird təhsil alır. İndi artıq təhsilin məzmununun yeniləşməsinə xüsusi diqqət yetirilir və kurikulum islahatı məhz bu məsələyə xidmət edir. Müəllim hazırlığı və ixtisasının artırılması istiqamətində ciddi, məqsədyönlü işlər aparılır. Bütün bunlar bir daha təsdiq edir ki, yaxın gələcəkdə ölkəmizin təhsil sistemi tamamilə yeniləşəcək, bu isə yeniləşən Azərbaycanımızın gələcək inkişafının əsl mənada qarantıdır. Ardıcıl şəkildə həyata keçirilən islahatlar bu vacib strateji fəaliyyət sahəsinin inkişafına güclü təkan verib, ölkə təhsilinin qabaqcıl dövlətlərin təhsil sistemlərinə inteqrasiyasına əlverişli şərait yaradıb".

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorunun aparıcı məsləhətçisi Xədicə Məmmədova isə bildirib ki, Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ulu öndər Heydər Əliyev hər zaman təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərib. Hazırda həmin siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında təhsil sahəsində önəmli islahatlar həyata keçirilir: "Onu da vurğulamaq istərdim ki, bu gün Azərbaycanda təhsilin inkişafı ilə bağlı xeyli sayda dövlət proqramı icra olunmaqdadır. Bu proqramlar əsasında məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, zəruri avadanlıqlarla təchiz olunması istiqamətində ciddi addımlar atılıb. Bu baxımdan paytaxt təhsilinin uğurları və bütün istiqamətlər üzrə qazanılmış nailiyyətlər olduqca təbii qarşılanır".

Tədbir bədii hissə ilə davam edib.

Sonda birincilər üçün ilk zəng çalınıb.

S.QARAYEVA

 





18.09.2019    çap et  çap et