525.Az

Əflatun Amaşov birinci müavin seçildi


 

Əflatun Amaşov birinci müavin seçildi<b style="color:red"></b>

Sentyabrın 12-13-də Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçirilib.

Toplantıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının təşkilati məsələlərinə də baxılıb.

Nizamnaməyə uyğun olaraq keçirilmiş səsvermə nəticəsində Assosiasiyanın hazırkı sədri, Şimali Kipr Türk Cümhuriyyətinin Mətbuat Şurasının rəhbəri Sule Aker yenidə qurumun sədri, Azərbaycan Mətbuat Şurasının sədri Ə.Amaşov sədrin birinci müavini seçilib.

Eyni zamanda, qurumun digər struktur bölmələrinin rəhbərləri də müəyyənləşdirilib.

Növbəti toplantının gələn il Keniyada təşkili qərara alınıb.

 





18.09.2019    çap et  çap et