525.Az

Yol polisini təhqir edən sürücüyə 15 sutka həbs cəzası verildi


 

Yol polisini təhqir edən sürücüyə 15 sutka həbs cəzası verildi<b style="color:red"></b>

Yol polisini təhqir edən taksi sürücüsü həbs edilib.

APA-nın məlumatına görə, Nərimanov rayon Məhkəməsinin qərarı ilə Fəxrəddin Nəsirov barəsində 15 sutka inzibati həbs qərarı çıxarılıb.

Qeyd edək ki, sentyabrın 17-də sosial şəbəkələrdə taksi sürücüsünün yol polisi əməkdaşını təhqir etməsini özündə əks etdirən görüntülər yayılıb.

 





19.09.2019    çap et  çap et