525.Az

"Bakının İnkişaf Konsepsiyasının əsas istiqamətləri təsdiq edilib"


 

"Bakının İnkişaf Konsepsiyasının əsas istiqamətləri təsdiq edilib"<b style="color:red"></b>

Bakı şəhərinin İnkişaf Konsepsiyasının əsas dörd prioritet inkişaf istiqamətləri təsdiq edilib.

"APA-Economics"in xəbərinə görə, bunu "9-cu Beynəlxalq Xəzər Enerji Forumu – 2019" tədbirində çıxış edən Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavini Rüfət Mahmud deyib.

Onun sözlərinə görə, birinci prioritet davamlı inkişafın təmin olunması məqsədilə şəhərin tarazlı zonalaşdırılması və ənənəvi mərkəzi ilə yanaşı alternativ mərkəzlərin və alt mərkəzlərin formalaşdırılmasıdır.

"Bildiyiniz kimi, Bakı şəhərində tək mərkəzlik formalaşmışdır. İndi isə o tendensiya dəyişib. Yəni, Bakının polisentrik şəhərə çevrilməsi prioritetdir. İkinci prioritet istiqamət – şəhər və ətraf mühitin generasiyası, ərazilərdən səmərəli istifadə və əhalinin rahat yaşayışının təmin edilməsidir ki, burada ekoloji təmizliyə xüsusi önəm veriləcək", - deyə R. Mahmud qeyd edib.

Sədr müavininin sözlərinə görə, üçünü prioritet istiqamət – milli-mədəni irsin və şəhərin memarlıq görkəminin qurulması və şəhərin mədəni həyatın zənginləşdirilməsidir.

"Dördüncü prioritet istiqamət isə şəhər iqtisadiyyatının post-sənaye dövrünə mərhələli şəkildə keçididir. Burada müasir xidmət və mütərəqqi sənaye sahələrinin yaradılması, turizmin inkişafı, startapların əraziyə gəlməsi üçün imkanların yaradılması nəzərdə tutulur. Bakının Baş planının tərtib edilməsinin əsasını təşkil edən Bakı şəhərinin İnkişaf Konsepsiyası ilə müəyyən edilmiş bu dörd əsas prioritet istiqamətlər rəhbər tutularaq, Baş planın həyata keçirilməsinin hərəkətverici qüvvəsi kimi strateji layihələr də hazırlanmaqdadır", - deyə R. Mahmud əlavə edib.

 





19.09.2019    çap et  çap et