525.Az

"Dövlət özəl təhsil və səhiyyə müəssisələrinə dəstək verməlidir"


 

"Dövlət özəl təhsil və səhiyyə müəssisələrinə dəstək verməlidir"<b style="color:red"></b>

"Dövlət özəl təhsil və səhiyyə müəssisələrinə fərqli yanaşmalı və dəstək verməlidir".

APA xəbər verir ki, bunu "Tibb biznesi forumu: mövcud vəziyyət və perspektivlər" mövzusunda keçirilən tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib.

Onun sözlərinə görə, ölkədə özəl təhsil və səhiyyə müəssisələri olmasa, bütün yük dövlətin üzərinə düşər: "Bu işin asanlaşdırılması üçün təkliflərimizi verməliyik. Ona görə də ilk növbədə özəl tibb müəssisələrinə müəyyən vergi güzəştləri şamil olunmalıdır. Bundan həm dərman təchizatı ilə məşğul olanlar, həm də özəl tibb müəssisələri yararlanmalıdır".

Musa Quliyev bildirib ki, vergi güzəştlərinin ən azı 8-10 faiz endirilməsi məqsədəuyğun olardı: "İstərdim ki, bu məsələni Həm Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, həm İcbari Tibbi Sığorta Agentliyi, həm də Milli Məclis olaraq dövlət rəhbərliyi qarşısında qaldıraq".

 





20.09.2019    çap et  çap et