525.Az

Kəmaləddin Heydərov zəlzələ bölgəsinə səfər edib


 

Kəmaləddin Heydərov zəlzələ bölgəsinə səfər edib

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Azərbaycanın bu ilin mayında güclü zəlzələnin baş verdiyi şimal-qərb bölgəsinə səfər edib.

525.az-ın APA-ya istinadən verdiy məlumata görə, nazir bu gün səhər Zaqatalada olub. K. Heydərov burada zəlzələ nəticəsində dağılmış və yenidən tikilən şəhər 2 saylı orta məktəbdə aparılan tikinti işləri ilə maraqlanıb.

Daha sonra nazir Gözbarax kəndində gedib, kənddə zəlzələdən ziyan çəkmiş fərdi yaşayış evlərinin və orta məktəbin tikintisi ilə tanış olub.

Fövqəladə hallar naziri Qax rayonunun Güllük kəndində də olub. K. Heydərov burada aparılan işlərlə tanış olub, müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, mayın 7-də Zaqatalada iki güclü zəlzələ baş verib. Nəticədə Zaqatala və ətraf rayonlarda 3000 mindən çox tikili uçub və qəzalı vəziyyətə düşüb. Zəlzələnin törətdiyi fəsadları aradan qaldırmaqdan ötrü dövlət büdcəsindən 20 milyon manat vəsait ayrılıb.

 





04.09.2012    çap et  çap et