525.Az

Qarabağ həqiqətləri Los Anceles səması və küçələrində - Fotolar - Video


 

Qarabağ həqiqətləri Los Anceles səması və küçələrində - <b style="color:red">Fotolar - Video </b>

Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan 22 sentyabrda Los Ancelesə səfər edərək, erməni icmasının keçirdiyi mitinqdə çıxış edib.

Yarım milyonadək erməninin yaşadığı Los Anceles vilayəti ABŞ-da ermənilərin ən çox yaşadığı yerdir.

Bunu nəzərə alaraq, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə yerli əhalini geniş şəkildə məlumatlandırmaq üçün həmin gün Los Anceles səmalarına ingilis dilində böyük hərflərlə “Karabakh is Azerbaijan! End the Occupation” (Qarabağ Azərbaycanındır! İşğala Son Qoy!) şüarını daşıyan təyyarələr qaldırılıb. Bütün günü Los Anceles üzərində dövrə vuran şüar yerli əhali tərəfindən böyük maraqla qarşılanıb.

Bundan əlavə, üzərində Qarabağ həqiqətlərini əks etdirən rəqəmsal plakatların olduğu xüsusi maşınlar gün ərzində Los Ancelesin ən müxtəlif guşələrini dolaşaraq, böyük sayda şəhər sakininin Ermənistanın işğalçılıq siyasəti barədə məlumatlanmasına səbəb olub. Plakatlarda Azərbaycanın 20% ərazisinin işğal olunduğu, 1 milyonadək soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi, işğal altında olan ərazilərimizdə Azərbaycan mədəniyyətinə qarşı soyqırımı həyata keçirildiyi, Xocalı soyqırımı və digər məsələlər barədə məlumat verilib.

Qeyd edək ki, Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev səfər ərəfəsində Los Anceles şəhər və vilayət rəhbərliyinə Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirən bir ölkənin baş nazirinin səfərinə etiraz edən məktublar göndərib. Həmçinin, N.Paşinyanın Los Ancelesə səfəri ABŞ mətbuatında da tənqid olunub. Belə ki, ABŞ-ın ən böyük yəhudi qəzeti olan, Los Ancelesdə nəşr olunan Jewish Journal qəzetində, həmçinin NewzBlaze qəzetində müvafiq məqalələr dərc olunub. Məqalələrdə Ermənistanın öz qonşusuna qarşı işğalçılıq siyasəti həyata keçirən kriminal bir dövlət olduğu, beynəlxalq hüququ kobud şəkildə pozmaqda davam etdiyi, Ermənistanda nasist generalların milli qəhrəman elan olunduğu, anti-semitizmin geniş yayıldığı qeyd olunaraq, belə bir ölkənin baş nazirinin Los Ancelesdə qəbul olunmasının qeyri-məqbul olduğu bildirilib. Məqalələr sosial şəbəkələrdə geniş yayılaraq, sadə amerikalılar tərəfindən N.Paşinyanın səfərinin kəskin tənqidinə səbəb olub.





Armenian Prime Minister Nikol Pashinyan visited Los Angeles on September 22, 2019 and spoke at a public rally organized by the local Armenian community.

The same day, airplanes carrying a banner “Karabakh is Azerbaijan! End the Occupation” were flown all over Los Angeles, informing a large number of the city residents about the brutal occupation and ethnic cleansing Armenia committed against Azerbaijan and its civilian population.

Moreover, trucks displaying digital banners on the truth about Armenia-Azerbaijan conflict were driven around various parts of Los Angeles. The banners focused on Armenia’s crimes against humanity, including the brutal Khojaly massacre, as well as on how Armenia occupied and ethnically cleansed Azerbaijan’s Karabakh region, how a true “cultural genocide” was committed against Azerbaijani cultural heritage in the occupied territories, and how much suffering this aggressive war by Armenia has caused Azerbaijani civilian populaton. The banners were received with much interest by Los Angeles residents.

In an aggressive and internationally condemned war unleashed against neighboring Azerbaijan in the early 1990s, Armenia invaded and occupied around 20% of Azerbaijan’s sovereign territory, including the Nagorno-Karabakh region and seven adjacent districts, expelling over 800,000 Azerbaijani civilians from their homes and lands. Coupled with 250,000 Azerbaijanis expelled from Armenia, the number of Azerbaijani refugees and IDPs reached over 1 million.

PM Pashinyan’s visit to Los Angeles and his speech in a public rally were also criticized by U.S. media on the eve of the visit. Namely, Jewish Journal of Los Angeles and NewsBlaze published articles lambasting the visit and highlighting how Nazi generals are glorified in Armenia, anti-Semitism is wide-spread and how aggressive militarism and ethnic cleansing are Armenia’s government policies.

 





23.09.2019    çap et  çap et