525.Az

“Ülvi Bünyadzadə-50”


 

(ŞEİR VƏ ESSE MÜSABİQƏSİ)

“Ülvi Bünyadzadə-50” <b style="color:red"></b>

“525-ci qəzet” 20 Yanvar şəhidi, şair Ülvi Bünyadzadənin anadan olmasının 50 illiyi münasibətilə vətənpərvərlik mövzusunda şeir və esse müsabiqəsi elan edir.

Müsabiqədə yalnız 35 yaşına qədər gənclər iştirak edə bilərlər.

I yer üçün 1 nəfər (300 manat);

II yer üçün 3 nəfər (200 manat);

III yer üçün 5 nəfər (100 manat).

Hər müəllif yalnız bir esse və ya şeir təqdim edə bilər. Esselərin həcmi 10 min işarədən artıq olmamalıdır.

Təqdim olunan əsərlər daha əvvəl heç bir yerdə dərc edilməməlidir.

Esse və şeirləri bir ədəd şəkil, qısa bioqrafiya və şəxsiyyət vəsiqəsinin surəti ilə birgə [email protected] ünvanına göndərmək lazımdır.

Əlavə məlumat üçün 055-479-16-02, 070-920-18-55, 012-510-28-83 (Cavid Qədir) nömrələrinə zəng edə bilərsiniz.

Müsabiqə sentyabrın 23-dən (Ü.Bünyadzadənin doğum günü) dekabrın 1-dək davam edəcək. Mükafatlandırma mərasimi 20 Yanvar faciəsinin ildönümü, mərhum şairin anım günü ərəfəsində baş tutacaq.

Əsərlər müsabiqənin ekspertlərinə təqdim olunacaq. Ekspert heyəti tərəfindən seçilən ən yaxşı mətnlər kitab halında dərc ediləcək. Münsiflər heyəti bu mətnlərin içərisindən qalibləri müəyyən edəcək. Qaliblərə diplomlar və pul mükafatları təqdim olunacaq.

“525-ci qəzet”

 





28.11.2019    çap et  çap et