525.Az

AVRO-2020 üçün 600 min ağac əkiləcək


 

AVRO-2020 üçün 600 min ağac əkiləcək<b style="color:red"></b>

AVRO-2020-nin oyunları 12 şəhərdə, o cümlədən Bakıda keçiriləcək final mərhələsi ilə bağlı sosial layihə gerçəkləşəcək.

APA-nın məlumatına görə, bu barədə qərarı UEFA-nın İcraiyyə Komitəsinin Sloveniyanın paytaxtı Lyublyanada keçirilən iclası çıxarıb.

Qərara əsasən, Avropa çempionatlarının 60 illik yubileyi ilə əlamətdar olacaq yarışa ev sahibliyi edəcək 12 şəhərdə ümumilikdə 600 min ağac əkiləcək.

İcraiyyə Komitəsi öz yığıncağında futbolçuların sağlamlığı ilə bağlı müzakirələr də aparıb. FİFA-nın beyin silkələnməsi zamanı atılacaq addımlara baxılması təklifi dəstəklənib. Bu məsələnin Beynəlxalq Futbol Assosiasiyaları İttifaqında (İFAB) müzakirəyə çıxarılması vacib sayılıb.

Rəqabət üçün balansın qorumasını istəyən UEFA xüsusi hesabatı müzakirə edib. “Böyük beşlik” liqalarının qazanclarının digərlərindən qat-qat artıq olması, bunun da bərabər rəqabətə maneçiliyi diqqətə çatdırılıb. Digər 50 liqanın ödənişlərinə baxılması, balans yaradılması üçün addımlar atılması nəzərdə tutulub.

Danışılmış oyunlarla mübarizə üçün xüsusi agentlik yaradılacaq. Həmçinin teleyayım hüququna malik şirkətlərdən “pirat” şəklində materialların götürülməsi ilə mübarizə gücləndiriləcək.

UEFA qadınların stadiona girişinə qadağa qoyulan ölkələrlə də mübarizəyə başlayacaq. Qurum bura üzv olan assosiasiyalara tövsiyyə edəcək ki, öz oyunlarını belə ölkələrdə keçirməsinlər.

Tədbirdə AVRO-2020-nin pley-off mərhələsinin keçirilmə proseduru təsdiqlənib. Eyni zamanda final mərhələsinin püşkatma prosesi ilə bağlı detallara aydınlıq gəlib.

Növbəti iclasın dekabrın 4-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilməsi qərara alınıb.

 





25.09.2019    çap et  çap et