525.Az

İlahiyyat İnstitutunda yeni dərsliklər hazırlanır


 

İlahiyyat İnstitutunda yeni dərsliklər hazırlanır<b style="color:red"></b>

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) yeni dərsliklərin hazırlanması ilə bağlı iclas keçirilib.

Tədbirdə ali təhsil müəssisəsinin ümumi fəaliyyəti və qarşıda duran vəzifələr müzakirə olunub. Aİİ-nin rektoru Ceyhun Məmmədov bildirib ki, müasir dövrdə cəmiyyətimizin davamlı inkişafında təhsilin və elmin rolu böyükdür. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev son illər ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın modernləşdirilməsi, təhsil sahəsində yüksəkixtisaslı kadrlar hazırlanması, onlara daim qayğı göstərilməsi sahəsində bir sıra mühüm qərarlar qəbul edib.

C.Məmmədov vurğulayıb ki, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması din təhsili sahəsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Rektor qarşıda duran vəzifələr haqqında danışarkən Aİİ-nin müəllimləri tərəfindən hazırlanan dərsliklərin nəşrinin önəminə diqqət çəkib. Qeyd edib ki, tədris olunan fənlər üzrə dərsliklərin bir neçəsi artıq hazırdır və pilot layihə olaraq tələbələrə təqdim olunub. Bu vəsaitlərin müvafiq sahə mütəxəssisləri tərəfindən hazırlanmasına xüsusi diqqət edildiyini bildirən rektor vurğulayıb ki, kitablarda Azərbaycan həqiqətləri, tolerant və multikultural mühit nəzərə alınmalı, dil normalarına riayət edilməli, ifadələr düzgün seçilməlidir.

Aİİ-nin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Mübariz Camalov dərs vəsaitlərinin yazılması zamanı diqqət ediləcək məsələlərə toxunub. Nəzərə çatdırıb ki, tədrisin sistemli və şəffaf olması üçün dərsliklərin nəşr edilməsi vacibdir. Dərslik proqrama uyğun yazılmalı, mövzuları tam əhatə etməlidir. Eyni zamanda, sadə və elmi üslubda qələmə alınmalı, məzhəblərüstü yanaşmaya xüsusi diqqət yetirilməli, dərslik akademik tədqiqatdan fərqlənməlidir.

Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov tələbələrin şəxsi və elmi inkişafına yönələn işlərin görülməsi ilə bağlı məsələlərə toxunub. Bildirib ki, hər bir müəllim və əməkdaş çalışmalıdır ki, tələbələrimizə dərslərində, gələcək karyeralarının qurulmasında, dünyagörüşünün zənginləşdirilməsində kömək göstərsin, onların ümumi inkişafına töhfə versin.

S.QARAYEVA

 





06.10.2019    çap et  çap et