525.Az

Məhəbbət Vəliyeva: "Evdə təhsil mühiti üzrə Azərbaycanın nəticələri aşağıdır"


 

Məhəbbət Vəliyeva: "Evdə təhsil mühiti üzrə Azərbaycanın nəticələri aşağıdır"<b style="color:red"></b>

"Təhsil Nazirliyi beynəlxalq qiymətləndirmələrdə iştirak edir. Həmin qiymətləndirmələrin üç meyar üzrə nəticələri ürəkaçan deyil".

Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib. Onun sözlərinə görə, evdəki təhsil mühiti uşaqların təhsilinə çox ciddi şəkildə təsir edir: "Təəssüf ki, bu göstəricilər üzrə ölkəmizin nəticələri aşağı sıralardadır. Bununla yanaşı, valideynlərin uşaqların təhsilində rolu onların təlim nailiyyətlərinə təsir edən amil kimi götürülür". Nazir müavini qeyd edib ki, Azərbaycanda məktəbəqədər təhsil səviyyəsinin inkişafı istiqamətində mühüm addımlar atılır: "Son üç ildə 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb göstəricisi 24 faizdən 75 faizə kimi artırılıb".  O əlavə edib ki, "Məktəbəqədər təhsil ümumi təhsil pilləsinin və təhsilin formalaşmasında çox əhəmiyyətli rol oynadığı üçün Təhsil Nazirliyi məktəbəqədər təhsil şəbəkəsinin genişləndirilməsində çox maraqlıdır. Çünki Təhsil Nazirliyinin iştirak etdiyi beynəlxalq qiymətləndirmənin nəticələrinə görə ölkədə təhsilin məktəbəqədər təhsil pilləsi üzrə əhatəliliyi cəmi 15 faizdir".

Nazir müavini qeyd edib ki, "Məktəbəqədər təhsil ümumi təhsil pilləsinin və təhsilin formalaşmasında çox əhəmiyyətli rol oynadığı üçün Təhsil Nazirliyi məktəbəqədər təhsil şəbəkəsinin genişləndirilməsində çox maraqlıdır. Çünki Təhsil Nazirliyinin iştirak etdiyi beynəlxalq qiymətləndirmənin nəticələrinə görə ölkədə təhsilin məktəbəqədər təhsil pilləsi üzrə əhatəliliyi cəmi 15 faizdir". Onun sözlərinə görə, bunu təhlil edərkən  ölkə üzrə 3-5 yaşlı uşaqların məktəbəqədər təhsilini təmin edən müəssisələrin ölkə üzrə bərabər paylanmadığı görülür: "Elə kəndlərimiz var orada ümumiyyətlə, məktəbəqədər təhsil müəssisələri yoxdur. Elələri də var ki, orada say kifayət qədər deyil. Bu baxımdan ümumtəhsil müəssisələrinin bazasında 3-5 yaşlı uşaqlar üçün məktəbəqədər təhsil mərkəzlərinin yaradılmasının uşaqların gələcəkdə təlim nailiyyətlərinə müsbət təsir etməklə yanaşı, ümumilikdə ölkəmizdə təhsilin keyfiyyətinə çox müsbət təsir edəcəyinə əminik".

Nazirin dediyinə görə, bu aydan ölkədə 250 icma əsaslı məktəbəqədər təlim qrupları fəaliyyətə başlayır:

"Növbəti ildə də daha 250 qrup fəaliyyət göstərəcək. Bu da ümumilikdə 3-5 yaşlı ölkə əhalisinin, 10 minə yaxın uşağın məktəbəqədər təhsilə cəlb olunması deməkdir".

S.QARAYEVA

 





06.10.2019    çap et  çap et