525.Az

ADU rektoru: “150-dən çox tələbəmiz 600 baldan yuxarı nəticə göstərib”


 

ADU rektoru: “150-dən çox tələbəmiz 600 baldan yuxarı nəticə göstərib”<b style="color:red"></b>

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla bu ali məktəbin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin I kurs tələbələri ilə görüşüb.

Kamal Abdulla tələbələri ilk dərs illəri münasibətilə təbrik edib, onlara uğurlar arzu edib. Rektor tələbələrin seçimini yüksək qiymətləndirərək, ixtisaslarını dərindən öyrənməyin vacibliyini söyləyib.

Görüşdə prorektorlar, dekanlar, kafedra müdirləri, o cümlədən, professor-müəllim heyəti iştirak edib.

Universitetin rektoru, akademik Kamal Abdulla son dövrlər təhsil və elm yönündə uğurlu işlərin aparıldığını, bu mənada tələbələrin də elm və təhsil sahəsində fəaliyyətlərində daha aktiv və məsuliyyətli olmağa çağırıb.

Rektor tələbələrə bilik və bacarıqlarından düzgün şəkildə istifadə etmək və dünyagörüşlərinin zənginləşməsi üçün çoxlu mütaliə etməyin vacibliyindən də danışıb:

"Bizim zəngin kitabxanamız var. Sizin vaxtınızın çox mühüm hissəsi məhz kitabxana ilə bağlı olacaq. Bu imkandan sərfəli şəkildə istifadə etmək sizin bilik və bacarıqlarınızın artırılması yolunda xüsusi əhəmiyyət kəsb edəcək. Bizim bu il qəbul göstəricimiz 95 faiz olub. Bu ancaq kəmiyyət deyil, həm də keyfiyyət göstəricisidir. 150-dən çox tələbəmiz 600 baldan yuxarı nəticə göstərib. Bu, Azərbaycan Dillər Universitetinin nüfuzundan xəbər verir."

Görüşdə tələbələrin sualları cavablandırılıb.

S.QARAYEVA

 





06.10.2019    çap et  çap et