525.Az

Ən bahalı 4 ixtisas üzrə təhsil xərcləri 20 faiz artırılıb


 

Ən bahalı 4 ixtisas üzrə təhsil xərcləri 20 faiz artırılıb<b style="color:red"></b>

Azərbaycanda bakalavriat səviyyəsində ən bahalı  ixtisaslar üzrə təhsil xərcləri 20 faizdən çox artırılıb.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarında əksini tapıb.

Sentyabrın 1-dən dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində solo oxuma, dirijorluq, bəstəkarlıq və musiqişünaslıq ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərci 1380 manat artırılaraq 6 min 820 min manatdan 8 min 200 manata qaldırılıb.

 





07.10.2019    çap et  çap et