525.Az

Tramp: “ABŞ-da heç kəsin təsəvvür edə bilməyəcəyi silahlar hazırlanır”


 

Tramp: “ABŞ-da heç kəsin təsəvvür edə bilməyəcəyi silahlar hazırlanır”<b style="color:red"></b>

“ABŞ-da heç kəsin təsəvvür edə bilməyəcəyi silahlar hazırlanır”

APA-nın “Yahoo News” portalına istinadən verdiyi xəbərə görə, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Hazırda ABŞ-da inkişaf mərhələsində olan yeni, böyük silahlar hazırlanır. Bizim elə silahlarımız var ki, buna heç kəs inana bilməz. 4-5 həftə ərzində biz bu işlərə ara verəcəyik. Həmin silahların bir qismi nümayiş olunacaq, bir qismi isə nümayiş olunmayacaq. ABŞ nüvə silahlarını da yeniləyib. Biz indi əvvəllər varlığı xəyal edilməyən yeni sualtı gəmilər inşa edirik. Bu sualtı gəmilər ən mükəmməlidir. Ümid edirəm ki, biz bu silahlardan istifadə etmək məcburiyyətində qalmayacağıq”, - deyə D. Tramp qeyd edib.

 





08.10.2019    çap et  çap et