525.Az

Dmitri Medvedev azərbaycanlı həmkarını təbrik etdi


 

Dmitri Medvedev azərbaycanlı həmkarını təbrik etdi<b style="color:red"></b>

Rusiyanın Baş naziri Dmitri Medvedev Əli Əsədovu yeni vəzifəyə təyin edilməsi münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, Baş nazir Dmitri Medvedev bu barədə rəsmi "Twitter" səhifəsində yazıb.

"Əli Əsədovu Azərbaycanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edirəm. Bizim xalqları qonşuluq, dostluq və əməkdaşlıq əlaqələri bir-birinə bağlayır və mən ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirmək üçün birgə səylərimizə sadiq olduğumuzu bir daha təsdiqləmək istərdim",- deyə Rusiyanın Baş naziri bildirib.

 





09.10.2019    çap et  çap et